Accessibility links

Mehri Cəfəri: İranda qadınların vəziyyəti getdikcə pisləşir


Hüquqşünas və qadın hüquqları üzrə araşdırmaçı Mehri Cəfəri İranda qadınlara qarşı ədalətsiz qanunların mövcüdlüyünü və İranda yaşayan hər bir qadının bu ədalətsiz qanunlardan törədilən ayrı-seçkiliyə məruz qaldığını bildirir.

please wait

No media source currently available

0:00 0:21:00 0:00
Direct link

O deyir ki, hətta hökumətə yaxın və dövlət strukturunda çalışan qadınlar da yaşayışlarında bu ədalətsiz qanunlara məruz qalır.

Cəfəri İran İslam İnqilabından sonra Xomeyni trəfindən ailə qanunun ləğv edilməsini qadın haqlarının tapdalanmasında ilk addım olduğunu ifadə edib.

O, İran İslam İnqilabından sonra qanunların "qəbilə" qanunlarına geri döndüyünü, kişilərin ailələnin başçısı adlandırılaraq qadınların bütün haqları kişinin yarısı qədər qəbul edildiyini bildirib.

"Bu illər ərzində qadın haqları fəalları kampaniya fəalliyyətləri ilə həm qanunların dəyişdirilməsini tələb edib, həm də qadınlara öz haqlarını tanıtdırmağa çalışıblar, ancaq illər ərzində qanunların eyni qaldığını və dəyişməyib" - deyə, Mehri Cəfəri bildirib.

Hüquqşünas İranda qadınların təhsil almaq zəminində nailiyyətlərinə toxunub, ancaq İran hakimiyyətinin buna qarşı məhdudlaşdırıcı siyasət yürütdüyünü deyib.

"Dünyanın heç bir yerində hakimiyyət qadınlara dəstək vermək yerinə bəzi ixtisaslarda təhsil almaqdan nəhrum etməyi görəbilməzsiniz" - deyə, qadın hüquqları araşdırmaçsı qeyd edib.

"Qadınlar İranda çalışaraq özlərini inkişaf etdirmək istəsələr İran hakimiyyəti onların qarşısına maneə yaradıb onların inkişaf etməsinin qarşısını alır."

İş və əmək mövzüsünda isə hakimiyyət qadınların məhdud şəkildə işləməsini və ya evdə qalmalarını və ev xanımı olmaqlarını tərcih edir - deyə, Mehri xanım deyib.

O, İranda İnqilabdan sonra ölkədə qadınların kişilər tərəfindən kontrol edilməsinin daha da çoxaldığı qənaətindədir. Cəfəri qadınların hicab taxmaq məcburiyyətində qalmaqlarını misal çəkərək inqilabdan sonra azadlıqlarının məhdudlaşdırıldığını bildirib.

"İnqilabdan sonra qadının azadlığı, qərarlarına və bədəninə kontrolu və gələcəyinə verəcəyi qərarlar şiddətlə məhdudlaşıdırılıb" - deyə, hüquqşünaş əlavə edib.

O, İran İslam Respublikasının hakimiyyəti boyunca qadınların azadlıqlarının həm hökumət, həm də cəmiyyət tərəfindən məhdudlaşdığını, misal üçün azyaşlı qızların evləndirmə sayısının yüksəlməsinin vəziyyətin daha pisləşdiyini göstərdiyini deyir. Onun fikrincə, qadın haqlarına qarşı məhdudlaşıdırıcı qanunlar və cəmiyyət qadınların azadlıqlarını daha da məhdudlaşdırmasında dəstəkləyici rol oynayır.

Mehri Cəfərinin fikrincə qadınların durumu İranda fərqli etnik qrupları içində fərqlidir. "Etnik qruplara mənsub olan qadınlar həm qadın olduqlarında ötrü, həm də etnik haqlarının pozulduğu üçün iki dəfə artıq ayrı-seçkiliyə məruz qalırlar."
XS
SM
MD
LG