Accessibility links

Mehriban Zeynalova: Hesab edirəm ki, erkən evliliyin özündə cinsi zorakılıq var


Mehriban Zeynalova: Mən hesab edirəm ki, erkən evliliyin özündə cinsi zorakılıq var
please wait

No media source currently available

0:00 0:08:40 0:00

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Amerikanın Səsinə müsahibəsində erkən niKahların yaratdığı problemlərdən danışıb.

Amerikanın Səsi: Ölkədə erkən nikahlarla bağlı durum necədir? Azərbaycanda erkən nikahların azalması istiqamətində hansı işlər aparılır?

Problem odur ki, streotiplər, adətlər, dar çərçivədə, məhdud ərazidə yaşayanlar, kəndlərdə, qəsəbələrdə yaşayanlar bu barədə susur.

Mehriban Zeynalova: Erkən nikahlarla bağlı vəziyyəti qiymətləndirmək qismən çətindir. Çünki latent (üstüörtülü və daimi-red.) prosesdir. Biz bilirik ki, streotiplər olan ölkələrdə bu cür problemlərlə mübarizədə çoxlu çətinliklər var. Amma buna baxmayaraq, bilirsiniz ki, Cinayət Məcəlləsində məcburi nikahla erkən nikahı eyni qismdə qəbul eləmək olar. Hər iki halda cinayət məsuliyyəti nəzərdə tutulub. O cümlədən bir sıra qurumlar bu məsələlərdə müəyyən tədbirlər planı hazırlayıb. O cümlədən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda bu məsələni gündəmə gətirdi, hətta Heydər Əliyev Fondu bununla bağlı müxtəlif tədbirləri davamlı şəkildə həyata keçirdi. Amma buna baxmayaraq görünən səhnə odur ki, hələ ki biz bu problemi kifayət qədər aradan qaldıra bilməmişik. Hətta vəziyyət odur ki, nikah baş verdiyi halda bu barədə cinayət işinin qaldırılması ilə bağlı məlumat çox gec çatır. Yəni problem odur ki, streotiplər, adətlər, dar çərçivədə, məhdud ərazidə yaşayanlar, kəndlərdə, qəsəbələrdə yaşayanlar bu barədə susur. İctimaiyyət bu məsələdə aktiv iştirakçı deyil. İctimaiyyət buna kifayət qədər dəstək vermir, yalnlz bəzi qruplar dəstək verir. Amma güc daha çox dəstək verməyən tərəfdədir. Bu da mübarizəni bir az zəiflədir.

Amerikanın Səsi: İnsanların erkən nikaha cəlb edilməsinin səbəbləri nədir?

Qız uşaqlarının doğulmasının, dünyaya gəlməsinin qarşını almaq istəyirlər. Əksər vaxt insanlar bunu əsaslandırırlar ki, sabah adımı batıracaq.

Mehriban Zeynalova: Səbəblər çoxdur. Yenə deyirəm, qadın cinsinə qarşı münasibətin streotiplərlə bol olmasıdır. Əslində Sovet dönəmində bu problemlər müəyyən mənada aradan qaldırılmışdı. Ancaq sonra tədricən müəyyən tendensiyalar ortaya çıxmadı. Qız uşağına kapitalın qoyulmaması, qız uşağının inkişafına marağın olmaması, əxlaqi mənəvi dəyərlərin qanunlardan yuxarı qaldırılması, eyni zamanda bu dəyərləri kor-koranə dəstəkləyib qız uşaqlarının təhsilinə, inkişafına əngəl törətməyə çalışırlar. Bunlar erkən nigahın əsas səbəbləridir. Erkən nikahların iqtisadiyyatla bağlanması bir az doğru deyil. Necə olur ki, oğlanın təhsil almasına, inkişafına kapital qoyulur, amma qız uşağına qoyulmur. Bu, bir az keçmiş dövrdəki kimi nəslin qazanc gətirəni qismində oğlanı daha çox görməkdir. Amma bu da öz rollarını bir az dəyişib. Bu bir növ daha çox mənəvi-əxlaqi məsələdir. Məsələn qız uşağlarının abortu, selektiv abortların artması və yaxud buna qarşı mübarizənin aparılmasına baxmayaraq, görürsünüz ki, yenə də problem var. Ona görə ki, qız uşaqlarının doğulmasının, dünyaya gəlməsinin qarşını almaq istəyirlər. Əksər vaxt insanlar bunu əsaslandırırlar ki, sabah adımı batıracaq və s. Əsasən əxlaqi məsələləri qabardırlar. Bu hərəkət hələ ki qanunlardan üstdə dayanır.

Amerikanın səsi: Şəhərlərdə və regionlarda əhalinin erkən nikahlara münasibəti barədə nə deyə bilərsiniz?

Əksər hallarda erkən nikaha məcbur edilən şəxslərin sonrakı həyatı ilə bağlı cinayət törətmiş iştirakçılar kənarda qalır.

Mehriban Zeynalova: Mən hesab edirəm ki, erkən evliliyin özündə cinsi zorakılıq var. Yəni mən bu məsələyə, bu kontekstdən baxıram. İnsan 18 yaşına çatmayıb. Hələ uşaqdır. Onun evliliyi artıq cinsi zorakılıq qismində qəbul olunmalıdır. Bu Cinayət Məcəlləsində bir maddə yox, bir neçə maddə olduqda, bəli, onda bu cəza kifayət qədər ağır ola bilər. Amma erkən nikahda cəza olsa da, bu, çox ağır cəza olmadığına və bir çox hallarda bunu gizlətdiyindən kifayət qədər mübarizə aparmaq olmur. Eləcə də digər məsələlər var. Qarşı tərəfə cinayət qaldırılır. Yəni, evlənən şəxsə qarşı cinayət işi qaldırılır. Amma burada çoxlu iştirakçılar var. Burada ata var, ana var. Ailədə digər üzvlər var ki, onların razılığı olmadan bu proses baş vermir. Az hallarda olur ki, qız uşaqları özləri könüllü olaraq kiməsə qoşulub gedirlər. Bu yaş senzi ilə bağlı olan məsələdir. O ki qaldı nə baş verir? Çox şeylər baş verir. Qadının sağlamlıq məsələsi, dünyaya gələn uşağın sağlamlıq məsələsi, qadının təhsil məsələsi. Təsəvvür edin ki, əksər hallarda erkən nikaha məcbur edilən şəxslərin sonrakı həyatı ilə bağlı həmin iştirakçılar, cinayət törətmiş iştirakçılar kənarda qalır. Şəxsi təkbaşına buraxılar. Burada artıq realibitasiya proqramları, digər proqramlar dövlətə kifayət qədər zərər vurur. Bu yaxınlarda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə maraqlı bir tədqiqat apardı. Tədqiqatda əsas məsələ kimi zorakılığın dövlətə vurduğu iqtisadi zərər hesablanırdı. Çox məbləğ ortaya çıxır. Yəni biz anlamalıyıq ki, bir şəxslə bağlı kifayət qədər məbləğlər xərclənir. Bu məbləğlər həm cinayət törətmiş şəxslərin saxlanılması, şəxsin sağlamlıq məsələsi, həm onun uşağının problemləri və digər məsələlər var ki, bunlar məhz dövlət büdcəsinə zərər vurur. Əsasən də məmurlar, hansı ki, buna dəstək verir, streotiplərlə yaşayır, əksər vaxtlarda müraciətə barmaqarası baxır ki, bu qanundur, adətdir. Belə hallarda həmin şəxslərin məlumatlı olması vacibdir ki, belə cinayətlər, qadına qarşı zorakılıq ölkə büdcəsinə kifayət qədər zərər vurur.

Amerikanın səsi: Hökumət və cəmiyyət erkən nikahların aradan qaldırılması üçün nə etməlidir?

Mehriban Zeynalova: Belə problemlərdə cəmiyyətin iştirakçılığı streotiplərlə yox, adətlərlə yox qanuna tabeçiliyi, qanuna inanması olduqca vacib məsələdir. Belə məsələlərdə kifayət qədər dəstək proqramları olmalıdır. Yəni, bu, sığınacaqlar qismində yox, hüquqi, psixoloji mərkəzlər, qaynar xətlər, o cümlədən, paralel olaraq cəza tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir. Təsəvvür edin, bu, bir üçbucağa bənzəyir. Bir tərəfdən məlumatlandırırsan. Bu məlumatların içərisində hansı xidmət paketlərinin kimə müraciət etmə qaydaları izah olunmalıdır. Bir çox hallarda valideynlər insanların bu cür məlumatlandırılmasının əleyhinə çıxır. Kifayət qədər aqressiya ilə qarşılayır. Hesab eləyirlər ki, valideyn övlad münasibətlərini bu cür məlumatlar korlayır. Bu müqavimətin qabağında problemin tam qarşısını almaq üçün ilk növbədə valideynlər və cəmiyyətin birgə iştirakı lazımdır. Burada uşaqların da iştirakı lazımdır. Digər tərəfdən pulsuz xidmət paketləri olmalıdır ki, məlumatlanan şəxs həmin xidmət paketinə müraciət eləsin problemin dərhal qarşısını almağa dəstək versin. Qarşılıqlı əməkdaşlıq bu prosesdə çox vacibdir. Təəssüf ki, məişət zorakılğı və bu cür zorakılıqla mübarizə prosesində qarşılıqlı əməkdaşlıq hələ ki özünü zəif göstərir. Bu qurumlar ayrı-ayrılıqda fəaliyyət göstərir. Bir vəhdətdə problemləri ardan qaldırmaq üçün böyük bir komissiyanın olması və paralel bunların işləməsi olduqca vacibdir. Sonuncu cəza tədbirlərində hər hansı adətlər və yaxud streotiplər öz təsirini göstərmədən bu cəza tədbirləri prinsipial olaraq həyata keçirilməldir. O halda biz problemi biz çox qısa müddətdə aradan qaldıra bilərik.

XS
SM
MD
LG