Accessibility links

Azərbaycan insan alveri sahəsində mənbə, tranzit və təyinat ölkəsidir


Mehriban Zeynalova
Mehriban Zeynalova

ABŞ Dövlət Departamenti dünyada insan alveri ilə bağlı vəziyyətə dair illik hesabatını açıqlayıb.


Hesabatda bildirilir ki, Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir:

“Təmiz Dünya” qadınlara İctimai Yardın Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, hesabat reallığı əks etdirir. “Azərbaycan insan alveri ilə bağlı mənbə, tranzit və mənbə ölkəsi olaraq qalmaqdadır. Bununla yanaşı hökumət və vətəndaş cəmiyyətlərinin, o cümlədən beynəlxalq təşkilatların son illər apardığı iş nəticəsində hər üç istiqamətdə kifayət qədər tərəqqi əldə edilib”.

Hüquq müdafiəçisi həmçinin deyib ki, Azərbaycandan insanlar Rusiyada məcburi əməyə cəlb edilir. “Qadınlar isə seksual istismar məqsədi ilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İrana aparılır”.


O, Azərbaycanda məcburi əməyə, o cümlədən dilənçiliyə məcbur etmə hallarının olduğunu da bildirib. Son dövrlər vətəndaş cəmiyyətləri və daxili İşlər Nazirliyinin birgə işi nəticəsində 60-dan çox kimsəsiz uşağa sənədlər verilib.


Xanım Zeynalova ölkədə qurbanlara kompensasiya ödənildiyini, bərpa mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Hesabatda deyilir ki, 2011-ci ildə hökumət seks ticarəti sahəsində 17, məcburi əmək halları ilə bağlı 2 yeni cinayət işi başlayıb.

Ötən il seks ticarəti ilə bağlı 10 nəfər məhkum olunub. 2011-ci ildə Azərbaycanda seks ticarətinin qurbanı olmuş 29 qadın və bir uşaq müəyyən olunub.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG