Accessibility links

Məhsa Mehdili: İran hökuməti bu dəfə də Azərbaycan bölgələrində təbii fəlakətə laqeyd münasibət göstərdi 


Güney Azərbaycanda keçən həftə daşqınlar nəticəsində 40-dan çox insan həyatını itirib, bir çox insan itkin düşüb. Təbii fəlakət Şərqi Azərbaycan vilayətinin kəndlərində dağıntınlara səbəb olub. Lakin hadisədə diqqət çəkən məqamlardan biri İran mediasında təbii fəlakətin işıqlandırılması məsələsi olub. Güneyli fəallar və sosial media istifadəçiləri ilə yanaşı, İran Azərbaycanı şəhərlərinin millət vəkilləri dövlət qurumları tərəfindən və İran mediyasında Tufarqan və Əcəbşer şəhərlərində baş vermiş sel fəlakətinə münasibəti tənqid edib. Güneyli fəal Məhsa Mehdili Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Şərqi Azərbaycan vilayətində daşqınlara hökumətin və medianın reaksiyası və azərbaycanlıların yaşadığı bölgələrdə infrastrukturun durumundan danışıb.

İran Azərbaycanı daşqın
İran Azərbaycanı daşqın

Məhsa Mehdili bildirib ki, İran hökuməti əvvəllki illərdə baş vermiş təbii fəlakətlər zamanı olduğu kimi, bu dəfə də Şərqi Azərbaycan vilayətində insan ölümü və dağıntılarla nəticələnmiş hadisəyə laqeyd münasibət nümayiş etdirib.

İranın ən çox satılan qəzetlərindən biri yazmışdı ki, “Sel gəldi tamaşaçıları, izləyiciləri apardı

Məhsa Mehdili İran mediasında təbii fəlakətin işıqlandırılması və hökumət rəsmilərinin münasibəti ilə bağlı deyib ki, mətbuatda və rəsmilər tərəfindən hadisə qurbanlarının günahlandırılması kimi fikirlərin səsləndirlilməsi xüsusi narahatlıq doğurur.

İran qəzetləri
İran qəzetləri
“Bir çox qəzetlərdə, çox sayda satılan qəzetlərin qoyduğu başlıqlar həqiqətən də insanlığa yaraşmayan başlıqlar idi, fərq etmir azərbaycanlı olsun, ya da başqası. Hökumət və dövlətin vəzifəsi fəlakətin nəticələrinin aradan qaldırılması üçün təşkilatçılıq göstərməkdən ibarətdir. Eynilə də sivil qurumların da vəzifəsi budur. Sizə başlıqlardan misal gətirirəm. Yazmışdılar “İzləmə, tamaşa qurbanları”. Ya da İranın ən çox satılan qəzetlərindən biri yazmışdı ki, “Sel gəldi tamaşaçıları, izləyiciləri apardı”.

Məhsa Mehdilinin bildirdiyinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün kifayət qədər işlərin görülməməsi İran hökumətinin Azərbaycan bölgələrinin iqtisadi-sosial inkişafına biganə münasibətinin göstəricisidir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG