Accessibility links

Məhsa Mehdili: İranda hakimiyyət kişilərin üzərinə namus gözətçiliyi missiyasını yükləyir


Məhsa Mehdili
Məhsa Mehdili

Məhsa Mehdilinin dediklərinə görə, İranda bəzi kişilər hakimiyyət və toplumun onların üzərinə yüklədiyi namus gözətçiliyi missiyasını zorakılıq yolu ilə yerinə yetirməyə çalışırlar.

Məhsa Mehdili: İranda hakimiyyət kişilərin üzərinə namus gözətçiliyi missiyasını yükləyir
please wait

No media source currently available

0:00 0:13:28 0:00

Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanının Talış bölgəsində baş verən namus qətlini dəyərləndirən siyasi ekspert deyir ki, qadın İran toplumunda həmişə hədəf göstərilib.

İranda hamımızın eşitdiyi, divarlarda yazılan, televiziyada reklamı edilən və toplumun şüualtına işlənən bir şüar var; ‘qeyrətli kişilərin hicablı qadınları olar!’

İran mətbuatında yazılanlara əsasən, Romina Əşrəfi ailəsinin evlənməsinə icazə vermədiyi üçün sevgilisi ilə qaçdıqdan bir neçə gün sonra polis qüvvələri tərəfindən saxlanılıb və ailəsinə təhvil verilib. Yeniyetmə qızın atası isə onu yuxuda oraqla qətlə yetirib.

Məhsa Mehdili deyir, “İranda hamımızın eşitdiyi, divarlarda yazılan, televiziyada reklamı edilən və toplumun təhtəlşüuruna işlənən bir şüar var; ‘qeyrətli kişilərin hicablı qadınları olar!’ Bu nə deməkdir? Yəni, kişinin üzərinə bir missiya və görəv yükləyir ki, kişiliyinizi qorumaq istəyirsənizsə, ailənizdəki qadınlara nəzarət edəcəksiniz. Onların atdığı hər addıma. İki tükü də görünsə, siz ona nəzarət edə bilib-bilmədiyinizə görə ya namuslu ya da namussuzsunuz.”

O, kişilərin üzərinə yüklənən bu missiyanın bəzi kişilərin zorakılığa yönəlməsində bir motivasiya təşkil etdiyini ifadə edir:

“Kişilər öz etdikləri üçün əxlaqlı ya əxlaqsız sayılmır. Amma, onun ailəsindəki qadınların etdiklərinə görə, ona namuslu ya namussuz deyirlər. Bu, kişilərin üzərində bir basqı mexanizmi olur. Yəni, biraz da buna məcbur buraxılırlar ki, bəli, sən gərək bu namusu təmizləyəsən və ya təmiz saxlayasan!... Biz Rominanın atasında da bu motivasiyanı görürük. Bu motivasiyalar həm toplumdan gəlir, həm də hakimiyyətdən. Bunu formalaşdıran ən önəmli amil İran hakimiyyəti olub.”

Düşünün o qadının psikologiyasını ki, basqı altındadır uşağını öldürməyə təşviq etsin. Bu ananın da nə gedəcəyi bir yer, nə də bu zoraklıqdan qurtulmaq üçün sığınacağı bir sistem vardır.

Məhsa Mehdili həmçinin İranda ailə daxiıində zorakılığa məruz qalan uşaq və qadınları qorumaq üçün effektiv qanunların mövcud olmadığına diqqət çəkir.

“Burada bir məsələ də, bir uşağın ailə içi şiddətdən qaçıb, özündən 14-15 yaş böyük birinə sığınıb və onunla evlənmək istəməsi, həm də bu qız uşağının evlənməsinin normal bir hal kimi göstərilməsidir. Onun evliliyi bir qurtuluş olaraq görməsi normal bir məsələ kimi göstərilir. Bu, dünyada hüquqi normalarda uşaq istismarıdır,” siyasi ekspert qeyd edir.

O, əlavə edir ki, “bu hadisəyə baxanda görürük ki, Rominan atası anasına deyib ki, uşağa öyrət zəhər yeyib özünü öldürsün. Düşünün o qadının psixologiyasını ki, davamlı olataq təzyiq altındadır ki, uşağını öldürməyə təşviq etsin. Amma, bu ananın da nə gedəcəyi bir yer, nə də bu şiddət və zoraklıqdan qurtulmaq üçün sığınacağı bir sistem var.”

XS
SM
MD
LG