Accessibility links

Məkkədə Ümrə mərasimi başlayıb


Səudiyyə Ərəbistanı aylardır tətbiq olunan koronavirus məhdudiyyətlərini götürdükdən sonra müsəlman həccinin simvolu olan ağ paltar geyən məhdud sayda insan İslamın Məkkədəki ən müqəddəs məkanında dövrə vurub.

Krallıq koronavirusun qlobal pandemiyaya çevrilməsi və yayılmasına mane olmaq üçün qapanmalar və komendant saatlarıı tətbiq etməsi səbəbi ilə mart ayının əvvəlində dünyanın dörd bir tərəfindən milyonlarla insanı cəlb edən kiçik “ümrə” ziyarətini dayandıraraq nadir addım atıb.

Ancaq ölkələr bu məhdudiyyətləri azaltmağa başladıqca Səudiyyə hökuməti bazar günü Məkədəki Böyük Məscidə gündə maksimum 6000 zəvvarın girməsinə icazə verməyə başladı.

Yenidən açılmağın ilk mərhələsində məscidə yalnız Səudiyyə vətəndaşları və sakinlərinin girməsinə icazə verilir və hər bir şəxsin həcc ziyarətini üç saata qədər vaxtı var.

Gündə bir neçə dəfə sterilizasiya edilən və təmizlənən məsciddə günahlarını yumaq üçün müsəlmanların gündə beş dəfə namaz qıldıqları Kəbə yerləşir.
Zəvvarlar namaz qılmaq və ya ümrə etmək üçün məscidə girməzdən əvvəl sıxlaşmamaq və sosial məsafəni qorumaq üçün onlayn müraciət etməli və müəyyən bir vaxt və tarix seçməlidir. Ziyarətçilər nəqliyyat vasitələrini və görüşmə nöqtələrini də tətbiqetmə vasitəsi ilə seçə bilərlər.

Bazar günü dövlət televiziyası Kəbəndə eyni anda dövrə vuran və bir-birindən bir neçə metr aralı gəzən 50 nəfərdən az adam görünənləri yayıb.

Adətən məscid dünyanın dörd bir tərəfindən günün və gecənin hər vaxtında çiyin-çiyinə sıx ibadətçilərlə dolurdu.

Böyük Məsciddə məhdudiyyətləri yumşaldaraq ikinci mərhələ 18 oktyabr tarixindən etibarən tətbiq yolu ilə ayrılan vaxtlara əsasən sakinlər və vətəndaşlar arasında ən çox 15 000 zəvvarın və 40 000 nəfərin namaz qılmasına imkan veriləcək.

Daxili İşlər Nazirliyi Səudiyyə Ərəbistanına xaricindən gələn müsəlmanların noyabrın 1-dən etibarən ümrə ziyarətinə icazə verilə biləcəyini bildirib.

Səudiyyə Ərəbistanı bu yaxınlarda mart ayından bəri ilk dəfə beynəlxalq uçuşlarda bəzi məhdudiyyətləri azaltmağa başlayıb

İyul ayında Səudiyyə Ərəbistanı tarixində ilk dəfə xaricdən gələn zəvvarları koronavirus hallarının həddindən artıq olması ilə əlaqədar Həcc ziyarətinə qəbul etməyib. Bu, əsasən Asiya və Afrikadan 160-dan çox ölkədən 2 milyona yaxın zəvvarın dini ayinlərin icrası üçün Məkkədə toplaşdığı əvvəlki illərlə müqayisədə çox məhdud say olub.

XS
SM
MD
LG