Accessibility links

Meksika ABŞ-ın miqrantlara güc tətbiqi ilə bağlı istintaq tələb edir


Meksika rəsmi olaraq Birləşmiş Ştatlardan yanvarın 1-də ABŞ agentlərinin miqrantların sərhədi keçmələrinin qarşısını almaq məqsədilə Meksikaya doğru ölümcül olmayan silahlardan istifadəsi ilə bağlı “əhatəli istintaq” aparmasını tələb edib.

Üzünə gözyaşardıcı qaz sıxılan miqrant
Üzünə gözyaşardıcı qaz sıxılan miqrant

Yeni İl günü ABŞ sərhəd agentləri 150 miqrantın San Diyeqo yaxınlığında sərhəd hasarını aşmasının qarşısını almaq üçün gözyaşardıcı və bibər qazlarından istifadə edib. Meksika bənzər insidentin noyabr ayında da baş verdiyini bildirir.

Miqrantlar Meksikanın sərhəddə yerləşən Tijhuana şəhərinə gələn 7 min mərkəzi amerikalıdan ibarət karvanın bir hissəsidir.

Tihuanada miqrantlar əleyhinə etiraz aksiyaları keçirilib. Bundan əlavə miqrantlarla Meksika və ABŞ rəsmiləri arasında qarşıdurmalar yaşanıb. Miqrantlar uzun müddət gözləməyə etiraz edir və bəziləri sərhədi keçməyə çalışır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG