Accessibility links

Meksika Rusiyanın COVID-19 peyvəndini sınaqdan keçirə bilər


Meksika gələn ayın əvvəlindən Rusiyanın koronavirus peyvəndinin sınaqlarına başlaya bilər. Ölkə cümə axşamı ən azı 2000 doza peyvənd alacağını xəbər verib.

Baxmayaraq ki, peyvən cəmi onlarla insan üzərində sınaqdan keçirilib, Rusiya keçən həftə Prezident Vladimir Putin tərəfindən vaksinə lisenziya verən ilk ölkə olub.

Ümumdünya Səhiyyə Təşkilatı vaksini hələ ki ,təsdiqləməyib. Çünki Rusiya peyvəndi vaksin lisenziyasından əvvəl tələb olunan geniş sınaqlardan keçirilməyib.

Meksika eyni zamanda Britaniya, ABŞ və Çin kimi peyvənd istehsalçıları ilə mümkün qədər tez bir peyvənd əldə etmək üçün işləyir.

Hazırda Meksikada koronavirusa 540 mindən çox yoluxma və 59 mindən çox ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG