Accessibility links

Meksika kazinosunda 52 nəfəri qətlə yetirməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb


Meksika kazinosunda 52 nəfəri qətlə yetirməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb
Meksika kazinosunda 52 nəfəri qətlə yetirməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Meksika Zetas narkotik alveri ilə məşğul olan dəstənin 5 üzvünü həbs edib. Onlar Nuevo Leon ştatında 52 nəfərin həyatına son qoyan kazinoya silahlı hücumda şübhəli bilinirlər.

Rəsmilər deyir ki, onlar hücumda iştiraklarını etiraf ediblər və rəsmilər paytaxt Montereydəki Kazino Royalda həyata keçirilən hücumda əli olan digər şəxsləri axtarır.

Hadisə ilə bağlı istintaq aparılır. Şübhəlilərin kazinoda uduzduqları pulun qarşılığında insidenti həyata keçirdiyi ehtimal olunur.

Keçən həftə naməlum silahlılar kazinoya daxil olaraq içəriyə alışqan maye töküb və bütün əyləncə mərkəzini yandırıblar.

XS
SM
MD
LG