Accessibility links

Meksika miqrantlar üçün üçüncü ölkə statusunu qəbul etməyəcəyini bildirir


Meksikanın bildirdiyinə görə, bu il ölkə sərhədindən Birləşmiş Ştatlara 300 min miqrant keçməyə cəhd edib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp administrasiyası ABŞ-da sığınacaq almaq istəyən əksəriyyəti Mərkəzi Amerikadan olan mindən artıq miqrantı Meksikaya geri göndərib. Onların mühacirətlə bağlı müraciətlərinin nəzərdən keçirilməsi üçün aylar, bəlkə də illər tələb olunacaq. Belə ki, immiqrasiya sisteminə çox sayda belə müraciətlər daxil olub.

Meksika isə ABŞ-da sığınacaq axtaran miqrantlar üçün üçüncü ölkə statusunu qəbul etməyəcəyini deyir.

Meksika prezidenti Andres Manuel Lopez Obrador keçən ilin dekabr ayında hakimiyyətə gəldikdən sonra Mərkəzi Amerikadan olan miqrantlara qarşı daha humanist yanaşma nümayiş etdiriləcəyinə söz vermişdi. Onun solçu hökuməti yanvar ayında minlərlə miqrantın qanuni işləməsinə imkan yaradaraq, onlara humanitar viza verib.

Lakin Vaşinqtonun güclü təzyiqlərinə görə Meksika verdiyi vədlərdən geri çəkilir. Bunun nəticəsində cənub sərhədində yerləşən düşərgələrdəki yüzlərlə miqrant antisanitariya şəraitində yaşayır və qeyri-qanuni saxlanma iddiaları ilə üzləşir.

XS
SM
MD
LG