Accessibility links

Mexiko şəhəri iyunun 1-dən məhdudiyyətləri azaldacaq


Meksikada bir gün ərzində ən çox ölüm sayının olmasına baxmayaraq, çərşənbə günü Mexiko şəhəri iyunun 1-dən etibarən tədricən açılacağını elan edib.

Çərşənbə günü 424 nəfər olmaqla, ölkədə ölənlərin sayı 6.090-a çatıb. Keçən həftə rekord say bir gündə 353 nəfərin ölməsi ilə qeydə alındı. Ölkə boyu təsdiqlənmiş yoluxmaların ümumi sayı 56 594-ə çatıb. Lakin Meksikada testlər çox az keçirlidiyinə görə ölənlərin sayı çox guman ki, bir neçə dəfə çoxdur.

Təxminən 9 milyon sakini olan paytaxt dünyanın ən böyük şəhərlərindən biridir. Rəsmilər pandemiyanın Mexikoda ən yüksək nöqtəyə yaxınlaşacağını proqnozlaşdırıb. Lakin paytaxtdakı xəstəxanalar artıq dörddə üçü dolub. Çərşənbə axşamına olan məlumata görə, Mexiko şəhərində 15 mindən çox koronavirusa təsdiqlənmiş yoluxma, təxminən 1500 ölüm halı qeydə alınıb.

Bütün bunlara baxmayaraq, şəhərin meri Klavdia Şeynbaum iqtisadiyyatın bəzi sektorlarında fəaliyyətini bərpa etməyə icazə verildiyi zaman, iyun ayının 1-dən Mexikonun da tədricən açılacağını deyib.

Şeynbaum son bir neçə həftə evdə bağlı qalmaqdan, maddi ehtiyaclardan yorulan insanları iyunun 15-dək sosial məsafələrin qorunmasına riayət etməyə çağırıb.

XS
SM
MD
LG