Accessibility links

Mexiko şəhərindəki metro qəzasında azı 20 nəfər ölüb


Şəhər rəsmilərinin bildirdiyinə görə, mayın 3-də axşam saatlarında Mexiko şəhəri metrosunun yerin üstündəki hissəsində qəza baş verib. Metro vaqonunun yüksəklikdən insanların sıx olduğu bir küçəyə düşdüyü, nəticədə azı 20 nəfərin öldüyü, 70-ə yaxın insanın yaralandığı bildirilib.

Fövqəladə hallar işçilərinin çökmüş hissədə asılıb qalmış metro vaqonunu qaldırıcı kran vasitəsi ilə saxlayaraq, vaqonda kiminsə qapalı qalıb-qamaldığını yoxlamağa çalışdıqları deyilib.

Şəhərin meri Klaudiya Şeyinbaumun dediyinə görə, yaralananlardan 49-u xəstəxanaya yerləşdirilib, əməliyyat olunan 7 nəfər isə ağır vəziyyətdədir.

Şeyinbaum avtomobilində sıxışıb qalan bir sürücünün sağ çıxarıldığını və onlarla xilasedicinin beton tikilinin dağıntıları arasında axtarışları davam etdirdiyini deyib.

“Təəssüflər olsun ki, ölənlər arasında uşaqlar da var" - deyə, Şeyinbaum ölü sayını açıqlamadan bildirib.

Şəhərin cənubundakı Tloyak rayonunda qəzanın baş verdiyi dəmir yolu təxminən 5 metr hündürlükdədir. Belə görünür qatar beton yoldakı zolaqdan keçdiyi üçün aşağıdan keçən yolda sürücülər arasında itkiləri az olub.

Şeyinbaum dəmir yolu xəttini saxlayan dayağın qatarın üstündən keçərkən tab gətirməyərək, çökdüyünü deyib.

Keçən ilin mart ayında Takubaya stansiyasında iki qatarın toqquşması nəticəsində bir sərnişin ölmüş, 41 nəfər yaralanmışdı. 2015-ci ildə vaxtında dayana bilməyən qatar Okeaniya stansiyasında digər bir qatarla toqquşmuş, nəticədə 12 nəfər yaralanmışdı.

XS
SM
MD
LG