Accessibility links

Mexiko şəhəri genişmiqyaslı COVID-19 test proqramına başlayır


Meksikanın paytaxtı Mexiko iqtisadiyyatını yenidən canlandırmaq istədiyi üçün genişmiqyaslı COVID-19 test proqramına başlayır.

Şəhərin meri Klavdiya Şeynbaum çərşənbə günü rəsmilərin keçirdiyi güclü təbliğat kampaniyasının köməyi ilə iyul ayına qədər 100 min test keçirmək niyyətində olduğunu bildirib.

Lakin prezident Andres Manuel Lopez Obrador rəhbərliyi Mexiko şəhərinin test məsələsinə qarşıdır. Belə ki, prezident administrasiyası kütləvi testllərin pul itkisi olduğunu deyir.

Meksika səhiyyə nazirinin köməkçisi Hüqo López-Qatell Mexiko şəhərinin səylərini yüksək qiymətləndirsə də, koronavirus testlərinin genişləndirilməsi barədə heç nə deməyib.

Şəhər merinin planı potensial infeksiyanın izlənməsi ilə bağlı daha çox məlumat əldə etməkdir.

Ölkə boyu COVID-19-a yoluxma hallarının əksəriyyəti Mexiko şəhərindədir. Şəhərdə 32 mindən çox yoluxma, 3200-dən çox ölüm halı qeydə alınıb.

Bu günə qədər Meksikada COVID-19-a 129 mindən çox insanın yoluxduğu,15 mindən çox adamın öldüyü bildirilir.

XS
SM
MD
LG