Accessibility links

Meksikadakı miqrant karvanı düşərgələrini tərk edir


ABŞ prezidentinin tənqidləri ilə üzləşən Meksikadakı miqrant karvanı düşərgələrini tərk edir. Səhər tezdən miqrantları daşıyan ilk avtobus Puela şəhərinə istiqamət alıb. Bu şəhərdə miqrant hüquqlarının müdafiəçiləri simpozium təşkil etməyə çalışır.

Digər miqrantlar isə Mexiko şəhərinə daşınıb.

Tramp Twitter hesabında yazıb ki, “Karvanın dağılmasında Meksikanın güclü mühacirət qanunlarına və o ölkənin sərhədlərdə böyük qalmaqala yol verməmək istəyinə təşəkkürə layiqdir.”

​Karvanın sərhədlərə çatmaq niyyəti və bundan əlavə onun logistik imkanı da yox idi.

Ötən həftə əksəriyyəti Mərkəzi Amerikadan olmaqla 1 550-ə yaxın miqrant yürüş təşkil etmişdi.

​Bundan əvvəl Tramp mühacirətlə bağlı tonunu daha da sərtləşdirərək deyib ki, Meksika ilə sərhəddə vəd edilən divar inşa olunana və müvafiq şəkildə təhlükəsizlik təmin edilənə qədər qeyri-qanuni mühacirlərin qarşısını almaq məqsədilə sərhədə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG