Meksika sərhəddə yerləşən Tihuana və Meksikali şəhərlərinə gələn yüzlərlə mərkəzi amerikalı miqranta yardım etməyə çalışır.
Meksikanın yeni immiqrasiya rəhbəri ABŞ prezidenti Donald Trampın miqrantların Birləşmiş Ştatları işğal etmək istədiklərinə dair iddialarını rədd edir.
Tonatiuh Qiyen Lopez təklif edir ki, miqrantlara onların Meksikada qalmalarını təmin edəcək seçimlər irəli sürülsün.
“Mühacirlərin Meksikada qalmalarına dair onlara seçimlər irəli sürülüb, amma onların qarşılarında Birləşmiş Ştatlardan sığınacaq almaq məqsədi var. Bu səbəbdən də biz onlarla bu məqsədləri və Meksikanın onlara irəli sürəcəyi imkanlar barədə danışıqlar aparmalıyıq” – deyə, o bildirib.
Neçə miqrantın Meksikanın təklifini qəbul edəcəyi bəlli deyil, onların çoxu Birləşmiş Ştatlarda işləməyə üstünlük verir, çünki dolların dəyəri onların ölkələrində daha yüksəkdir.
Bazar günü çox sayda insan miqrantların Meksikada qalmalarının əleyhinə nümayiş keçirib və onların yerlilərin işlərini əllərindən alacaqlarını deyib.
Meksikanın vəzifə müddətinin sonuna yaxınlaşan prezidenti Enrike Pena Nieto artıq miqrantlara iş təklif edib və deyib ki, ölkədə qanuni yaşayış statusu əldə edənlər minlərlə vakansiyanı doldura bilər.