Accessibility links

Meksikada keçirilən prezident seçkilərinin nəticələrinə görə, Enrike Pena Nieto qələbə əldə edib


Meksikada keçirilən prezident seçkilərinin nəticələrinə görə, Enrike Pena Nieto qələbə əldə edib. O, rəqibi, solçu Andres Manuel Lopez Obradordan 7 faiz çox səs əldə edib.

Səslərin yarısının yenidən hesablanmasına baxmayaraq, Obrador səsvermə zamanı saxtakarlıqlara yol verildiyini iddia edir. Belə ki, o, səslərin hamısının yenidən hesablanmasını istəyirdi.

Səslərin nəticələri təsdiq edildikdən sonra 2000-ci ildək 70 il ölkəni idarə edən Təsisat İnqilab Partiyası yenidən hakimiyyət başına keçə bilər.

Təsisat İnqilab Partiyası saxtalaşdırma iddiaları ilə bağlı təhqiqat aparılmasını tələb edib.

Hakim Milli Hərəkat partiyasından səsvermədə üçüncülük qazanan Cozafina Vazgez Mota da seçkiqabağı kampaniyalar zamanı pozuntulara yol verildiyini bildirir. Lakin o, nəticələrin legitimliyini sual altına almayıb.
XS
SM
MD
LG