Accessibility links

Meksika Qvatemala ilə sərhədlərə qoşun yerləşdirir


Meksika çərşənbə günü mühacirət axınına mane olunması məqsədi ilə Qvatemala ilə sərhədlərə qoşun yerləşdirməlidir.

Meksikanın xarici işlər naziri Marçelo Ebrard müxbirlərlə görüşü zamanı sərhədlərə 6 min nəfərlik əsgəri qüvvə yerləşdiriləcəyini deyib.

ABŞ-la əldə edilən razılığa görə, sığınacaq üçün müraciət edən miqrantlar Meksika ərazisində gözləməli olacaq.

Sənəddə iki ölkənin Mərkəzi Amerikada inkişaflarla bağlı əməkdaşlığı da nəzərdə tutulur.

Razılaşma Tramp tərəfindən bazar ertəsi günündən başlayaraq Meksikadan idxala 5 faiz rüsum tətbiq edilməsi təhlükəsini aradan qaldırmış oldu.

XS
SM
MD
LG