Accessibility links

Meksika fermerlərinin etirazı zamanı 2 nəfər ölüb


Meksika Milli Qvardiyasının çərşənbə günü bildirdiyinə götə, quraqlıqdan əziyyət çəkən ərazidən ABŞ ərazisinə yönəldilmiş su bəndinin yaxınlığında etirazçılarla hərbi polis arasında baş verən silahlı qarşıdurma zamanı iki nəfər ölüb.

Meksika rəsmiləri fermerlərin La Boqilla bəndindən suyun Çihaha ştatının sərhədindən ABŞ-a ötürülməsinə qəzəblənən fermerlərin çərşənbə axşamı təhlükəsizlik qüvvələrinə daş və Molotov kokteyli atdıqlarını bildirib.

Milli Qvardiya polis işçilərinin atəşə gözyaşardıcı qaz və silah olduğu iddia edilən şübhəliləri ələ keçirmək istəyərkən tutulduqlarını bildirib.

Milli Qvardiyanın açıqlamasında deyilib ki, “hücumu dəf edən zaman” bir nəfərin hadisə yerində, ikincisi isə xəstəxanada ölüb.

Çərşənbə günü keçirilən mətbuat konfransında Meksika prezidenti Andres Manuel Lopez Obrador hadisəni "təəssüfləndirici" adlandırıb və baş prokurorluğa insidentin araşdırmasına göstəriş verdiyini deyib.

İrma Qandara adlı fermer suyun ABŞ ərazisinə ötürülməsinin dövlət üçün əhəmiyyətli iqtisadi problem yaradacağını, Çiyayanın ən böyük Boquilla su bəndinin boşaldılmasına icazə verməyəcəklərini deyib.

XS
SM
MD
LG