Accessibility links

Komissiya Meksika hökumətinin itən tələbələrlə bağlı təhqiqatını rədd edib


Meksika hökumətinin 2014-cü ildə 43 tələbənin oğurlanması və yoxa çıxması ilə bağlı təhqiqatını nəzərdən keçirən beynəlxalq ekspertər hökumətin rəsmi açıqlamasını qəbul etməyib. Onlar təhqiqatçıları dəlilləri araşdırmamaqda və bütünlüklə şübhəlilərin bəyanatlarına əsaslanmaqda ittiham edir.

İnsan Hüquqları üzrə İnter-Amerika Kommissiyası 400 səhifəlik hesabatında bildirib ki, hökumətin Querrero ştatında yerli polis tərəfindən etiraz aksiyalarına qoşulmaq üçün avtobusları səfərbər etməsindən sonra yerli polis tərəfindən həbs edilmiş tələbələrin narkotik kartelinə təhvil verildiyi barədə irəli sürdüyü əsas dəlilə heç bir sübut yoxdur.

Hökumət ilkin açıqlamasında bildirib ki, tələbələrin cəsədləri qəsəbə yaxınlığında zibil yeşiklərinə atılaraq yandırılıb. Ancaq komissiyanın açıqladığı hesabatda zibil yeşiklərində cəsədlərin yandırılıb külə çevrilməsinin mümkün olmadığı bildirilib.

Sənədlərdə deyilir ki, tələbələr bilmədən korrupsiyalaşmış polisin axtardığı narkotiklə və ya narkotiklərdən əldə edilən pulla dolu vavtobusu qaçırmış ola bilər.

Baş prokror bildirib ki, tələbələrin cəsədlərinin yandırılıb-yandırılmaması iəl bağlı yeni təhqiqat aparılmasını tələb edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin bildirir ki, Ukraynada müharibə tezliklə bitməyəcək
please wait

No media source currently available

0:00 0:11:05 0:00
XS
SM
MD
LG