Accessibility links

Meksikada rəsmilər yoxa çıxan tələbələrlə bağlı yeni istintaq başlatmaq istəmir


Meksikada 43 tələbənin yoxa çıxmasına dair istintaq bu gənc kişilərə nə olduğunu müəyyən edə bilməyib. Araşdırmaçılar bunu hökümət orqanlarının “maneələri” ilə əlaqələndirir.

Bazar günü insan haqları üzrə Amerikalararası Komissiyanın təyin etdiyi beş üzvlük panel Meksika rəsmilərinin “yeni istintaq” aparmağa maraq göstərmədiklərini, onların şübhəli şəxsləri sorğu-sual etmələrinin qarşısını aldıqlarını və istintaqı etibarsızlaşdırmağa cəhd etdiklərini bildirib.

Ayontzinapa Kənd Müəllimlər Kollecinin 43 tələbəsi 2014-cü ilin sentyabr ayında Querrero ştatının İquala kəndində yoxa çıxıblar.

Hökümət rəsmilərinə əsasən, yerli polis tələbələr etirazda iştirak etmək üçün avtobusu qaçıranda polis tərəfindən saxlanılıb. Daha sonra onlar tələbələri Querreros Unidos narkotik dəstəyə təhvil verib və onlar da öz növbəsində tələbələrin cəsədlərini yaxınlıqdakı Kokula şəhərindəki zibillikdə yandırıb.

Lakin İnsan Haqları üzrə Amerikalararası Komissiyanın təhqiqatçıları zibilxanada böyük yanğının baş verdiyinə dair heç bir konkret sübutun olmadığını deyir.

İctimaiyyət, əsasən də itkin düşən tələbələrin ailələri rəsmi açıqlamanı sual edir və bu işdə şəffaflığın olmamasına qarşı etiraz ediblər.

605 səhifəlik hesabatda federal polis və əsgərlərin bu işdə əli olduğu bildirilməsə də, onların həmin gecə fərqli məkanlarda olduğu qeyd edilir.

Hesabatda həmçinin 110 şübhəlidən 17-nin döyüldüyünə dair əlamətlərin olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG