Accessibility links

Meksikada 7.1 gücündə zəlzələ baş verib


Meksika paytaxtında 7.1 gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində binalar dağılıb. Binaların altında qalmış insanların sayı məlum deyil.

Xilasedicilər dağılmış binaların altında qalan insanları axtarır.

Rəsmilər deyir ki, zəlzələ nəticəsində azı 225 nəfər ölüb. Ölənlərin sayının artacağı gözlənilir.

Prezident Enrike Pena Nieto yeraltı təkanlar nəticəsində 38 binanın dağıldığını bildirib.

Meksika rəsmiləri beynəlxalq aeroportda əməliyyatları dayandırıb, şəhərdə məktəblər bağlanıb.

ABŞ-ın Geologiya xidmətinin verdiyi məlumata görə, zəlzələnin episentri Mexikodan 123 kilometrlik məsafədə yerləşən Raboso şəhəri yaxınlığında yerləşir.

Mexikodan cənubda yerləşən Kuernavaka şəhərində yerli radio stansiyanın işçilərinin dağılmış binanın altında qaldığı haqda məlumat verilib.

​Zəlzələ ölkənin cənubunda bir həftə əvvəl bundan əvvəl 90 adamın ölümülə nəticələnmiş daha bir zəlzələdən sonra baş verib.

Yerli rəsmilərin bildirdiyinə görə, Mexikoda dağılmış binaların altında naməlum sayda insan qalıb.

Meksika televiziyası və sosial mediada zəlzələ nəticəsində dağıntılar nümayiş etdirilib.

Çox sayda insan zəlzələ baş verən zaman küçələrə çıxıb, Mexikoda şəhərin bəzi yerlərində elektrik və telefon xətləri kəsilib.

Zəlzələ Mexiko və şəhərin ətrafında təxminən 10 min insanın ölümülə nəticələnmiş 8 bal gücündə zəlzələdən düz on iki il sonra baş verib.

XS
SM
MD
LG