Accessibility links

Meksika rəsmiləri 7.1 bal gücündə olan zəlzələ nəticəsində ölənlərin sayının 286-a çatdığını xəbər verirlər. Onlar bu rəqəmin artacağını qeyd ediblər - belə ki, itkin düşənlərin sayı çoxdur.

Xilasetmə heyətləri sutka boyu yerlə-yeksan olmuş binaların dağıntılarında işləyərək sağ qalanları tapmağa çalışıblar.

Mən heç bir təmənnasız ehtiyacı olanlara yardım edən könüllülərə minnətdarlığımı çatdırıram.

Prezident Enrique Pena Nieto ölkədə üçgünlük matəm elan edib.

O, meksikalıların təbii fəlakətə cəld reaksiyasını alqışlayıb, və hazırda başlıca prioritetin həyat xilas etmək olduğunu bildirib.

“Mən heç bir təmənnasız ehtiyacı olanlara yardım edən könüllülərə minnətdarlığımı çatdırıram,” deyə pena Nieto bildirib.

“Meksikalılar bir daha həmrəyliyin gücünü nümayiç etdirdilər,” deyə prezidentin idarəsi Tvitter hesabında yazıb. Mesaja əlavə edilmiş videoda minlərlə meksikalının yardım-xilasetmə işlərinə qatıldığı göstərilir.

Cümə axşamı ABŞ Beynəlxalq Yardım Agentliyi (USAID) Mexiko şəhərinə 60 nəfərdən ibarət heyət və tibbi ləvazimat göndərib.

Xilasetmə işçiləri dağıntılar altında sağ qalanları müəyyən etmək məqsədilə sükut yaranması üçün əllərini qaldırırlar.
Xilasetmə işçiləri dağıntılar altında sağ qalanları müəyyən etmək məqsədilə sükut yaranması üçün əllərini qaldırırlar.

“Bu adamlar Meksika fövqəladə hallar rəsmiləri ilə yaxından əməkdaşlıq edəcəklər ki, zəlzələ qurbanlarına lazımi yardımı göstərə bilsinlər,” USAID Administratoru Mark Green bildirib.

32 nəfərlik axtarış komandası iki itlə çərşənbə günü Panamadan gəlib.

İsrail xilasetmə və yardım əməliyyatlarına 70 nəfərlik heyət göndərəcəyini bəyan edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG