Accessibility links

Meksikada atışma - iki nəfər ölüb


Meksika hökuməti şənbə günü Karib hövzəsinin Kankun kurortunun yaxınlığındakı çimərlikdə rəqib dəstələr arasında iki nəfərin ölümü ilə nəticələnən atışmada iştirakda şübhəli bilinən iki nəfəri həbs edib.

Slahlı toqquşma son həftələr Meksikanın Riviera Maya bölgəsini silkələyən ikinci hadisə olub və hələ də koronavirus pandemiyasının təsirindən sağalmaqda olan turizm sənayesinə daha bir zərbə vurub.

Şərqi Quintana Roo əyalətinin baş prokurorluğu atəş açan şübhəlilərin çimərliyə getmələri üçün istifadə etdikləri dörd avtomobildən üçünün tapıldığını bildirib. Onlar avtomobili idarə edən iki nəfəri həbs edib, biri isə qaçmağa nail olub.

Bildirilib ki, ilkin araşdırmalar həmin gün qrupların “narkotik satışı üçün ərazi mübahisəsi edən” Sinaloa kartelindən ayrıldığını göstərib.

Noyabrın 4-də məşhur turizm məkanı Kankun yaxınlığındakı dəbdəbəli kurort otellərindən birinin yaxınlığındalı çimərlikdə 4 atışma baş verib. Yerli hakimiyyət orqanları qarşıdurmanın narkotik alverçilərinin rəqib dəstələri arasında olduğunu bildirib.

Meksika hökumətin 2006-cı ildə narkotiklərlə mübarizədə hərbçiləri yerləşdirdiyi vaxtdan bəri 300 000-dən çox insanın qətlə yetirildiyi kartellə əlaqəli qan tökülməsi ilə üzləşir.

Kancun və Playa del Karmen və Tulum da daxil olmaqla, digər aparıcı kurortların yerləşdiyi Riviera Maya ümumiyyətlə, ölkənin əksər hissəsindən daha təhlükəsiz hesab edilsə də, zorakılıq hallarında artım müşahidə olunur.

Keçən ay Tulumda narkotik satıcıları arasında baş verən atışmada Almaniya və Hindistandan olan iki turist həlak olmuş, bir neçə nəfər isə yaralanmışdı.

XS
SM
MD
LG