Accessibility links

Meksikada 4 nəfər qətlə yetirilib


Meksikada 4 nəfər qətlə yetirilib
Meksikada 4 nəfər qətlə yetirilib

Meksika rəsmiləri bildirib ki, naməlum silahlılar sərhəd şəhəri olan Suidad Huarezdə təcili tibbi yardım maşınına hücum edərək 4 nəfəri qətlə yetiriblər.

Şahidlərin sözlərinə görə, silahlılar avtomibillə təcili tibbi yardım maşının qarşısını kəsib.

Onlar deyir ki, şübhəli şəxslər daha sonra avtomobildən düşüb, odlu silahdan atəş açaraq maşının sürücüsü, iki böyrək xəstəsini və başqa 4 nəfəri qətlə yetirib.

Hücumun motivi bəlli olmasa da, Texasın El Paso şəhəri sərhəd olan Suidad Huarez şəhəri narkotik qruplaşmaların tez-tez qətllər həyata keçirməsi tarixçəsi ilə tanınır.

Reutersin məlumatına görə, şəhərdə bu il qətlə yetirilənlərin sayı təxminən 1800 nəfərdir. 2010-cu ildə bu göstərici isə 3000 nəfər idi.

SUidad Huarez Meksika prezidenti Filipe Kalderonun narkotik qaçaqmalçılığı qruplaşmaları ilə müharibəsində ön cəbhədə dayanır.

Kalderon 2006-cı ildə Meksikada hakimiyyətə gələndən bəri plkədə 30 min insan qətlə yetirilib.

XS
SM
MD
LG