Accessibility links

Meksikada ABŞ rəsmisini güllələyən şəxs həbs edilib


13 ildir diplomatik xidmət göstərən Aşkraftın vəziyyəti stabildir.

ABŞ dövlət katibi Con Kerri cümə günü Meksikanın Quadalacara şəhərindəki ABŞ konsulluğunun rəsmisini güllələyərək yaralamaqda şübhəli bilinən silahlı şəxsi “cəld həbs” etdiklərinə görə Meksika rəsmilərinə təşəkkür edib.

ABŞ konsulluğunun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müşahidə kameraları tərəfindən çəkilən videoda silahlı şəxsin avtomobil qarajının çıxışında gözlədiyini və daha sonra Kristofer Aşkraft qarajı tərk etdiyi zaman onun maşınına atəş açdığı göstərilir.

Silahlı şəxs daha öncə Aşkraftı qarajda təqib edib, amma ona atəş açmayıb.

13 ildir diplomaik xidmət göstərən Aşkraftın vəziyyəti stabildir.

Şübhəli şəxsin kimliyi açıqlanmayıb, Aşkraftı güllələməsinin səbəbi də hələ müəyyən edilməyib.

XS
SM
MD
LG