Accessibility links

Meksikada kütləvi qəbirlərdən 183 cəsəd tapılıb

Meksikanın baş prokuroru Marisela Morales
Meksikanın baş prokuroru Marisela Morales

Meksika baş prokuroru Marisela Moralesin bildridiyinə görə, ölkənin şimal-şərqində Birləşmiş Ştatlar sərhədi yaxınlığında aşkar edilən kütləvi qəbirlərdən 183 cəsəd tapılıb. Xanım Morales bu açıqlamanı dünən 17-i polis işçisi olmaqla, qətllərdə əli olmaqda şübhəli bilinən 74 nəfərin həbs edilməsindən sonra verib. Keçən ilin avqust ayında qətlə yetirilən insanların cəsədlərinin San-Fernando ştatındakı Tamaolipas məntəqəsində aşkar edildiyi deyilir.Meksika rəsmiləri bu zorakılıqlarda narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan Zeta cinayət qrupunun əli olduğunu deyirlər.

This item is part of
XS
SM
MD
LG