Accessibility links

Meksikada narkobanda ilə atışma olub


Meksikada narkobanda ilə atışma olub
Meksikada narkobanda ilə atışma olub

Meksika hərbi donanması bildirir ki, təhlükəsizlik qüvvələri ilə Zetas narkobandasının üzvü olmaqda şübhəli bilinən şəxslər arasında baş verən atışmada bir dəniz piyadası daxil olmaqla 13 adam həlak olub.

Rəsmilər Texasla sərhəddəki Falkon Gölündə keşik çəkən əsgərlərin adada narko-düşərgə aşkar etdiklərini və bundan sonra atışmanın başlandığını bildirib.

Rəsmilər qarşıdurmada 20 silah müsadirə etdiklərini bildiriblər.

Ötən sentyabrda ABŞ vətəndaşı David Hartley Falkon Gölü sahilində aşkar olunmuş və güllələnmişdi. Onun cəsədi indiyədək də tapılmayıb.

XS
SM
MD
LG