Accessibility links

Lopez Obrador Meksikanın yeni prezidenti seçilib


Altmış dörd yaşlı solçu Andres Manuel Lopez Obrador Meksikada prezident seçkilərində qələbə çalıb. O, siyasi fəaliyyətə on illər bundan əvvəl yerli hinduların hüquqlarının müdafiəçisi kimi başlayıb.

Biz ABŞ hökuməti ilə dostluq və inkişafa əsaslanan əlaqələr yaratmağa çalışacağıq. Lopez Obrador bazar günü Birləşmiş Ştatlarla “daha yaxşı əlaqələrin” qurulmasına çağırıb.

“Biz ABŞ hökuməti ilə dostluq və inkişafa əsaslanan əlaqələr yaratmağa çalışacağıq. Bu əlaqələr hər zaman qarşılıqlı ehtiram və həmyerlilərimizin-o ölkədə yaşayan və işləyən immiqrantların müdafiəsinə xidmət edəcək.

Meksikanın daxili problerinə toxunan Lopez Obrador korrupsiya və cəzasızlığın aradan qaldırılmasının onun hökumətinin əsas missiyası olacağını bildirib və Meksika xalqının "ümidlərini” boşa çıxarmayacağını deyib.

“Mən milyonlarla meksikalının mənə göstərdiyi etibarı pozmayacağımı bir daha təkrar edirəm. Mən ölkəni dürüstlük və ədalətlə idarə edəcəyəm, sizi yarı yolda qoymayacam. Mən sizi məyus etməyəcəm, xalqıma xəyanət etməyəcəm", deyə o bildirib.

Yeni seçilmiş prezident Andres Manuel Lopez Obrador və xanımı seçiciləri salamlayırlar.
Yeni seçilmiş prezident Andres Manuel Lopez Obrador və xanımı seçiciləri salamlayırlar.

​ABŞ prezidenti Donald Tramp bazar günü Lopez Obradoru Tviter vasitəsilə təbrik edib: “Andres Manuel Lopez Obradoru Meksikanın yeni prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Onunla işləməyi səbirsizlik gözləyirəm. Həm Birləşmiş Ştatlar, həm də Meksika üçün faydalı olacaq çox işlər görülməlidir!”

XS
SM
MD
LG