Accessibility links

Meksikalı polis rəisi ölkədən qaçıb


Meksikalı polis rəisi ölkədən qaçıb
Meksikalı polis rəisi ölkədən qaçıb

20 yaşlı meksikalı qadın polis rəisi ölüm təhdidləri ilə üzləşəndən sonra vəzifəsindən azad edilib

Meksikanın zorakı sərhəd şəhərində polis rəisi vəzifəsinin icrasında könüllü, 20 yaşlı meksikalı qadın ölüm təhdidləri ilə üzləşəndən sonra vəzifəsindən azad edilib.

Rəsmilər deyir ki, Marisol Valles mart ayının 2-də şəxsi məsələlərlə bağlı icazə istəyib. O, bazar ertəsi günü Praksedis Querrero şəhərində işinə qayıtmalı olsa da, şəhər meri onu heç bir səbəb göstərmədən əlavə iki gün işdən qaldığına görə vəzifəsindən azad edib. Yerli medianın məlumatına görə, Valles Meksikadan qaçıb və o, narkotik qaçaqmalçı dəstələr tərəfindən təhdid olunandan sonra ABŞ-da siyasi sığınacaq almağa çalışır. Meksika rəsmiləri onun harada olması barədə məlumata malik olmadıqlarını bildirir.

XS
SM
MD
LG