Accessibility links

Noblesvill West məktəbində atışma


İndianapolis yaxınlığındakı orta məktəbdə şagird atəş açaraq digər bir şagird və müəllimi yaralayıb. Hücumçunun nəzarət altına alındığı bildirilir.

Noblesvill West məktəbində atışma yerli vaxtla səhər 9-da həyata keçirilib.

Təhqiqatçılar onun tək hərəkət etdiyini desə də, oğlanın və hadisədə xəsarət alanların adını açılamayıb.

Müəllim və yaralanan şagird xəstəxanaya yerləşdirilib.

Hücumdan sonra uşaqlar idman zalına toplanılıb və valideynlərinə təhvil verilib.

Valideynlər hücum xəbərini televiziyadan aldıqlarını deyib.

Avropadan qayıdan ştat qubernatoru Erik Holkomb vəziyyətlə bağlı məlumatlandırıldığını bildirilib.

Orta məktəbdə 6-dan 8-ci siniflərdə 1300 şagird oxuyur.

50 min əhalisi olan Noblesvill İndianapolisdən 32 kilometrlik məsafədə yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG