Accessibility links

ABŞ prezidenti Bakıda keçirilən neft-qaz sərgisinə təbrik göndərib


“ABŞ məhkəmə sistemində islahatlar, demokratiyanın inkişafı sahələrində Azərbaycanla əməkdaşlığa hazırdır”. Bu barədə ABŞ prezidenti Donald Trampın Bakıda keçirilən “Caspian & Gas 2017” 24-cü Beynəlxalq Neft və Qaz Sərgisi iştirakçılarına ünvanladığı məktubunda deyilir.

ABŞ prezidentinin məktubu mayın 31-də sərginin açılış mərasimində oxunub.

Prezident bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və bu nizamlanma regionda sülh və sabitliyin təminatına xidmət edəcək.

“ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına sadiqdir. Qlobal təhlükəsizliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın rolunu yüksək qiymətləndirirəm”, Donald Tramp qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG