Accessibility links

ABŞ-ın birinci xanımı Beynəlxalq Qadın Şücaəti Mükafatlarının təqdimat mərasiminə ev sahibliyi edəcək


Ağ Evin bildirdiyinə görə, bu ayın sonunda Amerikanın birinci xanımı Beynəlxaıq Qadın Şücaəti Mükafatlarının təqdimat mərasiminə ev sahibliyi edəcək.

Mart ayının 21-də Dövlət Departamentində təşkil ediləcək mərasimdə Melania Tramp dünyada qadın hüquqları müdafiəçiləri və qadınların rəhbər rolununa dair nitq söyləyəcək.

Dövlət Departamenti 2007-ci ildən bəri Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları bu mükafatla təltif edir. Bu il 65 ölkədən 120 qadın mükafata layiq görüləcək.

Birinci xanım qadınların həmrəylik və biri-birinə dəstək yolu ilə daha yüksək əməllərə qadir olduğunu bildirib.

Melania Tramp ötən il də tədbirə qatılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG