Accessibility links

Melania Tramp: Kiber təhdidləri destruktiv və ziyanlıdır!


Melania Tramp bü gün kiber təhdidləri ilə bağlı sammitə qatılıb.

ABŞ-ın birinci xanımı deyib ki, kiber təhdidləri destruktiv və ziyanlıdır.

Biz uşaqların onlayn fəaliyyətlərinin təhlükəsiz və uğurlu olması üçün vasitələr əldə etməliyik

Melania Tramp bildirib ki, "gəlin, bununla üzləşək. Uşaqların əksəriyyəti böyüklərdən daha çox sosial medianın imtiyazları və pis tərəflərindən bəhrlənir. Biz uşaqların onlayn fəaliyyətlərinin təhlükəsiz və uğurlu olması üçün vasitələr əldə etməliyik”.

Merilendin Rokvill şəhərində keçirilən tədbirdəki çıxışı zamanı xanım Tramp qlobal ictimaiyyət və uşaqların gündəlik həyatında sosial medianın rolu qaçılmazdır.

Birinci xanım sosial medianın gənclərə pozitiv və neqativ təsirlərindən danışıb.

Melania Tramp sosial media platformalarının təmsilçiləri ilə də müzakirələr keçirib.

ABŞ birinci xanımı "Be Best" təşəbbüsü kimi kiber təhdidlər əleyhinə kampaniya aparır. Kampaniya opidoidlərin təhlükəsi barədə maarifləndirmə və uşaqların rifah hallarının yaxşılaşdırılmasını nəzərdə tutur.

Xanım Trampın bu təşəbbüsü həyat yoldaşının Twitter-dən istifadə edərək, rəqiblərini hədələməsi tənqidlər altındadır.

Melaniya Trampın sözçüsü Stefani Qrişam deyib ki, birinci xanım sosial mediadakı gərginliklərlə bağlı tənqidlərdən və həyat yoldaşının mediya ilə mübahisələrindən yaxşı xəbərdardır.

"Bütün bunlar birinci xanımı düzgün hesab etdiyi yoldan çəkindirə bilməz. Mən ölkədə bir çoxlarının onun güclü və müstəqil bir insan oduğundan qürur hissi keçirdiyinə ümid edirəm. Birinci xanım yalnız uşaqların mənafeyinə üstünlük verir" - deyə, Stefani Qrişam bildirib.

XS
SM
MD
LG