Accessibility links

Melania Tramp Qanaya səfər edib


ABŞ-ın birinci xanımı bazar ertəsi günü ilk solo beynəlxalq turnesinə başlayıb. 4 Afrika ölkəsinə səfəri çərçivəsində “Be Best” - “Ən yaxşısı ol” adı altında uşaqların təminatı təşəbbüsünə start verərək Melania Tramp ilk olaraq Qanaya səfər edib.

Melania Tramp Akkra şəhərində Qana rəsmiləri tərəfindən qarşılanıb.

Onun Malavi, Keniya və Misirə də səfəri planlaşdırılıb.

Səfərin koordinasiyası ilə USAİD məşğul olur.

ABŞ-ın birinci xanımı Melania Tramp Qananın Akra şəhərindəki Beynəlxalq Hava Limanında Qananın birinci xanımı Rebekka Akufo-Addo tərəfindən qarşılanıb.
ABŞ-ın birinci xanımı Melania Tramp Qananın Akra şəhərindəki Beynəlxalq Hava Limanında Qananın birinci xanımı Rebekka Akufo-Addo tərəfindən qarşılanıb.

Melania Trampın səfərinin diqqət mərkəzində ana və körpələrin sağlamlığı, uşaqların təhsili, HİV-dən müdafiə, tarix və təhsil maarifləndirməsi olacaq. Birinci xanımın ABŞ-ın rolunu vurğulayacağı da gözlənilir.

Melania Tramp “Ən yaxşısı ol” kampaniyasını may ayında başladıb.

Xanım Tramp Afrika qitəsini ziyarət edən digər birinci xanımların yolunu davam etdirir. Hillari Klinton, Lora Buş və Mişel Obama Afrika qitəsinə bir neçə dəfə səfər edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG