Melania Tramp ABŞ-ın cənub sərhədinə geri qayıdır. Bu dəfə o heç bir xüsusi mesaj daşımır.
Birinci xanımın seçimi qara köynək və ağ şalvar olub. Cümə axşamı onun Meksika və ABŞ sərhədində yerləşən mühacirlərin sığınacaq mərkəzlərinə baş çəkəcəyi gözlənilir.
Xanım Trampın sözçüsü planlaşdırılmış dayanacaqlar barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, keçən həftə xanım Tramp Texas ştatının MakAllen şəhərinə getmişdi. O, burada həbs edilmiş ailələrlə işləyən rəsmilər və sığınacaqların birində uşaqlarla görüşmüşdü.
Lakin o səfər birinci xanımın geydiyi gödəkcənin arxa tərəfində yazılan
“Mənim vecimə deyil, bəs sizin?”
yazısı ilə kölgələnmişdi. Birinci xanımın sözçüsü bunun heç bir gizli mesajı olmayan bir gödəkcənin olduğunu və xanım Trampın qəribə geyim seçiminə marağı diqqəti səfərdən yayındırdığını söylədi. Prezident Donald Tramp Tvitterdə yoldaşının "saxta xəbər" mediasına həqiqətən də maraq vermədiyini yazaraq bunun mesajsız mesaj olduğunu deyib.
Bu dəfə xanım Trumpın səfəri yoldaşının miqrasiyaya qarşı kəskin olduğu və baş verənlərin həll olunmasının vacib olduğu dövrə təsadüf edir.