Accessibility links

Melaniya Trampın sözçüsü Ağ Evin mətbuat katibi olacaq


ABŞ -ın birinci xanımı Melaniya Trampın sözçüsü Stefani Qrişam
ABŞ -ın birinci xanımı Melaniya Trampın sözçüsü Stefani Qrişam

ABŞ -ın birinci xanımı Melaniya Trampın bildirdiyinə görə, onun sözçüsü Stefani Qrişam Ağ Evin mətbuat katibi vəzifəsini yerinə yetirəcək.

Tramplarla 2015-ci ildən işləməyə başlamış Stefani Qrişam həm də Ağ Evin kommunikasiya direktoru vəzifəsini icra edəcək.

Melaniya Tramp Stefani Qrişamin Ağ Evin mətbuat katibi olacağını Twitter səhifəsində yazdığı mesajında bildirib.

“Administrasiya və ölkəyə daha yaxşı xidmət edə biləcək başqa bir nəfər haqda düşünə bilmirəm”, Melaniya Tramp Twitter səhifəsində yazıb.

Stefani Qrişam Ağ Evin sözçüsü vəzifəsində bu ayın əvvəli istefasını elan etmiş Sara Sandersi əvəz edəcək.

ABŞ prezidenti Donald Tramp və Ağ Evin istefa vermiş sözçüsü Sara Sanders, 13 iyun, 2019.
ABŞ prezidenti Donald Tramp və Ağ Evin istefa vermiş sözçüsü Sara Sanders, 13 iyun, 2019.

Prezident Donald Tramp Sara Sandersin istefa verdiyini bildirərək, onun haqda yüksək fikir söyləyib və onun atası Mayk Hakabinin 11 il qubernatoru olduğu Arkanzas ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürəcəyinə ümid etdiyini bildirib.

Sara Sanders Ağ Evdə mətbuat katibi kimi çalışmasını “həyatı boyu şərəfli vəzifə və ən böyük imkan kimi” dəyərləndirdiyini deyib. “Mən bunun hətta ən çətin dəqiqələrdə belə hər bir anını sevirəm”- deyə, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG