Accessibility links

Melaniya Trampın valideynləri ABŞ vətəndaşı olub


ABŞ-ın birinci xanımı Melaniya Trampın valideyinləri ABŞ vətəndaşlığı alıb.

Viktor və Amaliya Knavs cümə axşamı Nyu York şəhərində ABŞ vətəndaşı olmaq üçün təşkil edilən mərasimdə and içib.

Onların vəkili Maykl Vaylds deyib ki, bundan əvvəl daimi yaşayış statusu olan birinci xanımın valideyinlərinə ABŞ vətəndaşlığı mərasimində heç bir xüsusi diqqət göstərilməyib.

“Onlar gözəl səyahət edib. Çoxları kimi, milyonlarla insan kimi onlar da tələb olunan müddəti gözləyərək nəticədə vətəndaşlıq alıb. Təhlükəsizlik tədbirlərindən başqa müraciət prosesi və müsahibə zamanı onlara heç kimdən fərqli və ya xüsusi rəftar göstərilməyib” deyə Maykl Vaylds bildirib.

Cütlüyün kürəkəni, ABŞ prezidenti Donald Tramp ailə vasitəsi ilə mühacirət qanununa qarşı çıxışlar edib. Bu qanuna əsasən, ABŞ-da qanuni yaşayan şəxs ABŞ-a köçmək istəyən ailə üzvünə sponsorluq edə bilər.

Tramp “zəncir miqrasiya” adlandırdığı prosesin potensial terrorçuların ABŞ-a daxil ola bilmələrinə imkan yaratdığını deyib. Tramp cümə axşamı qayınata və qayınanasının ABŞ vətəndaşı olmasına dair bəyanat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG