Accessibility links

Melaniya Tramp özünün dünyada ən çox ələ salınan insan olduğunu deyib


ABŞ-ın birinci xanımı Melaniya Tramp özünün dünyada ən çox ələ salınan insan olduğunu deyib.

Tramp Afrikada ikən ABC News-a müsahibəsi zamanı kiberaaşağılamalara nəyə görə problem kimi baxdığı sualına cavabında belə deyib.

Müsahibə bu gün yayımlanıb.

"Onlardan biri insanların mənim haqda nə dedikləridir ", Tramp bildirib.

Melaniya ilk dəfə kibertəhqirlər haqda həyat yoldaşının 2016-cı il seçkiqabağı kampaniyaları zamanı danışmışdı.

Tənqidçilər Donald Trampın insanların istedadı, intellektuallığı və görünüşləri haqda dediklərini önə çəkərərk, onun kampaniyasını ikiüzlülük kimi qiymətləndirmişdi.

Birinci xanım iki ilə yaxındır ki, hazırkı administrasiya və Ağ Evdə etibar etmədiyini insanların hələ də çalışdığını deyib.

“Bəziləri artıq orada çalışmır” - deyə, Melaniya ABC-yə bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG