Accessibility links

ABŞ-ın birinci xanımı: "Kapitoli binasına basqın məni məyus etdi"


ABŞ-ın birinci xanımı Melaniya Tramp ərinin seçkilərdəki məğlubiyyətini ləğv etmək istəyən tərəfdarlarının Kapitoli binasına basqının onu məyus etdiyini, lakin eyni zamanda, onun dediyi kimi, haqqında deyilən "dedi-qodular" və "lazımsız şəxsi hücumların utancverici" olduğunu bildirib.

Ağ Evdən bazar ertəsi verdiyi açıqlamada birinci xanım keçən həftənin çərşənbə günü Kapitolidə qarışıqlıq zamanı polis zabiti Brayan Siknik və qarşıdurma zamanı xidmətdə olan, lakin həftə sonu intihar edən Hovard Libenqud da daxil olmaqla, altı nəfərin ölümü ilə bağlı kədərini dilə gətirib.

"Ölkəmiz sivil yolla yaxşılaşmalıdır. Bu barədə şübhəniz olmasın, Kapitolidə baş verən zorakılıqları qəti şəlikdə qınayıram. Zorakılıq qəbuledilməzdir” - deyə, Melaniya Tramp bildirib.

“İnsanlara yalvarıram ki, zorakılığı dayandırsınlar, heç vaxt insanın dərisinin rənginə görə fikir irəli sürməsinlər və ya fərqli siyasi ideologiyalara görə təcavüzə və zorakılığa əl atmasınlar. Bir-birimizi dinləməli, diqqətmizi bizi birləşdirən şeyə yönəltməli və bizi ayıran şeylərdən üstün olmalıyıq”, Melaniya Tramp əlavə edib .

Prezident Donald Tramp yanvarın 6-da həftələrdir olduğu kimi seçkilərdə aldadıldığı barədə əsassız ittihamlar səsləndirdiyi Ağ Evin yaxınlığında keçirilən mitinqdə minlərlə tərəfdarını Kapitoliyə yürüşə çağırıb.

Bir neçə saat sonra tərəfdarları Kapitoli binasına basqın etdikdə, Tramp onlara “evə gedin” kimi müraciət edib, laki eyni zamanda onlara “biz sizi sevirik, siz özəlsiniz” deyib.

Yanvarın 7-si erkən saatlarda polis Kapitolidə asayişi bərpa edib və qanunvericilər 9 gündən sonra ölkənin 46-cı prezidenti kimi inaqurasiya olacaq Demokrat Co Baydenin seçkilərdə qələbəsini sertifikatlaşdırıb.

Bazar ertəsi birinci xanım bu vaxta qədər Kapitoli binasındakı zorakılıqla əlaqədar səssizliyini sorğulayanlara da sözünü deyib.

"Bu faciəli hadisələr ətrafında mənimlə əlaqədar yersiz dedi-qodu və əssasız şəxsi hücumlar və ittihamların yayan insanlara görə xəcalət çəkirəm. Belə bir zamanda yalnız ölkəmizin və vətəndaşlarımızın rifahını düşünməliyik”, Melaniya Tramp bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG