Accessibility links

Melaniya Tramp ənənəvi olaraq Ağ Evdə Milad ağacını qarşılayıb


ABŞ-ın birinci xanımı Melaniya Tramp yüz ildən bəri davam edən ənənəyə sadiq qalaraq, Ağ Evdə Milad ağacını qarşılayıb.

5.6 metr hündürlüyündəki Freyser küknarı ağacı bazar ertəsi Ağ Evə at arabası ilə gətirilib və bununla bir çox ənənəvi tətil tədbirlərinə start verilib. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin pandemiya səbəbindən bu il kütləvi toplantılar barədəki xəbərdarlıqlarına baxmayaraq, belə görünür bu tədbirlərin çoxu keçiriləcək.

"Hər il Milad ağacının gəlişi Ağ Evə bayram və ənənə əhvali-ruhiyyəsi gətirir. Bu il bu ağac ilin ən gözəl vaxtında Ağ Evin salonlarından keçənlərə sevinc bəxş edəcək" - deyə, Melaniya Tramp Twitter səhifəsində yazıb.

Maskasız birinci xanım maska taxmış iki nəfərin gətirdiyi Milad ağacını Ağ Evdə ABŞ Hərbi Dəniz Donanması qrupunun ifa etdiyi bayram musiqi sədaları altında qarşılayıb. Prezident Donald Tramp da qısa bir müddətə həyətə çıxıb.

1966-cı ildən bəri Koloradoda Milli Milad Ağacı Dərnəyi Ağ Evin Mavi zalında qoyulacaq ağacın seçilməsi üçün100 nəfərin toplaşdığı mərasim təşkil edib..

“Lakin 2020-ci il qeyri adi ildir. Bu il heç bir tədbir keçirilməyib. Ağac 2020-ci il NCT tərəfindən Milad ağacı yetirdirilməsində çempion adı qazanan Den və Ann Taylorların fermasından seçilib”, assosiasiyanın Qərbi Virciniya ştatında son illərdə Ağ Ev üçün bir neçə dəfə Milad ağacının seçildiyi ağac təsərrüfatı fermasına istinad edərək mətbuat üçün verdiyi açıqlamasında bildirilir.

Milad ağacları ilk dəfə deyil diqqət mərkəzindədir. 1900-cu illərin əvvəllərində Teodor Ruzvelt prezident olanda, o, Milad bayramını ağacsız qeyd edirdi. Lakin onun oğlu Arçı bir dəfə ağacı şkafda gizlətmişdi.

"Ağ Evin Tarixi Assosiasiyası"ndan Metyu Kostello: “Bu, Ağ Ev tarixində ən böyük hekayələrdən idi. Mətbuat gözləyirdi. Onlar Rusveltlərin ağac bəzəyib-bəzəməyəcəyini bilmək istəyirdi. Nəhayət, Arçı bir ağac bəzədi.”

XS
SM
MD
LG