Accessibility links

Melaniya Tramp Afrika turnesini başa çatdırır


ABŞ-ın birinci xanımı Melaniya Tramp Qahirə yaxınlığında Gizada qədim Misir əhramlarını ziyarət edir, 6 oktyabr, 2018.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Qahirə yaxınlığında Gizada qədim Misir əhramlarını ziyarət edir, 6 oktyabr, 2018.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Misirə səfər edərək, Afrikanın dörd ölkəsinə solo turnesini başa çatdırır. Şənbə günü Qahirəyə yetişən Melaniya Tramp Misir prezidenti Əbdül Fəttah Sissi və onun xanımı Entissar Məhəmməd Amer tərəfindən qarşılanıb.

O, Qahirədə prezident sarayını ziyarət edib və ABŞ-ın Qahirədəki səfirliyində olub. Daha sonra isə ABŞ-ın birinci xanımı qədim Misir əhramlarını ziyarət etmək üçün Gizaya yollanıb.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Qahirədə prezident sarayında Misir prezidenti Əbdül Fəttah Sissi və onun xanımı Entissar Məhəmməd Amerlə söhbət edir, 6 oktyabr, 2018.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Qahirədə prezident sarayında Misir prezidenti Əbdül Fəttah Sissi və onun xanımı Entissar Məhəmməd Amerlə söhbət edir, 6 oktyabr, 2018.

Misir Melaniya Trampın Afrikanın dörd ölkəsinə səfərinin sonuncu dayanacağıdır. Birləşmiş Ştatların birinci xanımı Misirə Keniyadan gəlib. Onun bu ölkəyə səfərinin məqsədlərindən biri heyvanların qorunması səylərinin möhkəmləndirilməsindən ibarət olub.

Safarini ziyarət edən Melaniya Tramp Nayrobinin filllərin yetişdirilməsi və mühafizəsi ilə məşğul olan Deyvid Şeldrik qoruğundan olub, orada fil balasına yem verib.

ABŞ-ın birinci xanımı Melaniya Tramp və Keniyanın birinci xanımı Marqaret Kenyatta Nayrobidə fil balalarının saxlandığı Deyvid Şeldrik qoruğunda 5 oktyabr, 2018.
ABŞ-ın birinci xanımı Melaniya Tramp və Keniyanın birinci xanımı Marqaret Kenyatta Nayrobidə fil balalarının saxlandığı Deyvid Şeldrik qoruğunda 5 oktyabr, 2018.

Bu, Melania Trampın xarici ölkələrə ilk solo səfəri, Afrikaya isə ilk səfəridir. Xanım Tramp bundan əvvəl Qana və Malavini ziyarət edib.

ABŞ-ın birinci xanımının Afrika turu zamanı uşaqların rifahı, təhsil, turizm və təbiətin mühafizəsi məsələlərinə diqqət çəkilib.

Melaniya Tranmp şənbə günü axşam Misirdən ABŞ-a yola düşəcək.

Onun səfərinin əsas məqsədlərindən biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin təşviq edilməsindən ibarətdir. Prezident Tramp agentliyə ayrılan maliyyənin təxminən üçdə bir hissəsinin ixtisar edilməsi ilə bağlı iki dəfə təklif irəli sürüb. Bununla belə, qanunvericilər bu təklifləri təsdiq etməyiblər.

XS
SM
MD
LG