Accessibility links

Melaniya Tramp həyat yoldaşını sevdiyini deyib


Melaniya Tramp

Melaniya Tramp deyir ki, o, prezidenti Donald Trampı sevir və həyat yoldaşının onu Playboy modeli və ya başqa qadınlarla aldatdığına dair ittihamlardan “daha vacib şeylər haqda düşünür”.

Ötən həftə Afrika səfəri zamanı ABC-yə müsahibə verən xanım Tramp deyib ki, insanlar onun evliyi haqda şayiələr yayır.

“Mən bilirəm, insanlar və media bizim evliliyimiz haqda danışmağı və şayiələr yaymağı sevir. Amma başa düşürəm ki, şayiələr qəzetləri, jurnalları cəlb edir. Təəssüf ki, biz belə dünyada yaşayırıq” – deyə, o bildirib.

O təkid edib ki, həyat yoldaşının sədaqətsizliyinə dair ittihamların onu narahat etmir.

Tramp bir çox qadınla cinsi əlaqə qurmaqda ittiham olunub. Porno ulduz Stormi Daniels və keçmiş Playboy bodeli Karen MakDuqal illər öncə onunla cinsi münasibətə girdiklərini söyləyib.

Tramp Daniels və MakDuqalla cinsi əlaqələrinin olduğunu inkar etsə də, vəkilinə Danielsi susdurmaq üçün pul ödədiyini qəbul edib. Xanım Tramp bu zamanadək bu məsələ ilə bağlı səssizliyini qoruyub.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp

Ərini sevib-sevmədiyi ilə bağlı suala xanım Tramp “Bəli. Hər şey yaxşıdır. Bəli”, deyə cavab verib.

O, davalı şayiələrin onun evliliyə mənfi təsir göstərdiyini inkar edib.

“Bu məni narahat etmir və maraqlandırmıq. Mən ana və birinci xanımam. Mənim görməli və düşünməli olduğum daha önəmli məsələlər var”, xanım Tramp söyləyib.

Amma bu şayiələrin onu incidib-incitmədiyi soruşulanda, o pauza edib və daha sonra deyib: “media dünyası spekulyasiya edir”.

“Təbii ki, bu hər zaman xoş olmur. Amma mən nəyib doğru nəyin yanlış, nəyin həqiqət nəyin yalan olduğunu bilirəm”, o əlavə edib.

XS
SM
MD
LG