Accessibility links

Melaniya Tramp xəstəxanaya yerləşdirilib


ABŞ-ın birinci xanımı Melaniya Tramp bazar ertəsi böyrək müalicəsi prosedurundan keçəndən sonra Vaşinqton yaxınlığındakı hərbi xəstəxanada qalmağa davam edir.

48 yaşlı birinci xanımın sözçüsü bildirib ki, bazar ertəsi səhər saatlarında keçirilən prosedur uğurlu və heç bir çətinlik olmadan başa çatdırılıb.

Xanım Trampın həftənin sonuna qədər Uolter Rid xəstəxanasında qalacağı gözlənilir.

Həyat yoldaşını ziyarət etməkdən öncə prezident Tramp Twitter vasitəsilə onun yaxşı əhval-ruhiyyədə olduğunu və ona xoş arzularını çatdıran hər kəsə minnətdarlığını bildirib.

XS
SM
MD
LG