ABŞ-ın birinci xanımı Melaniya Tramp "Amerika Boyu Oxumaq Gününü" qeyd etmək üçün Nyu-York xəstəxanasında bir qrup uşaq üçün kitab oxuyub.
Doktor Seuss dünya boyu bir neçə nəsl uşaqların həyatına böyük sevinc və gülüş gətirib. Doktor Seuss uşaqlara oxumaq, arzulamaq və qayğıkeş olmağa həvəsləndirib.
Birinci xanım rolunda ilk səfərlərindən birində xanım Tramp uşaq xəstəxanada doktor Seussun məşhur “Oh the Places You`ll Go!” kitabını oxuyub.
Xanım Tramp uşaqların oxuması üçün doktor Seuss kimi tanınan amerikalı müəllif Teodor Geiselin bir qutu uşaq kitbaını gətirib.
O uşaqlara deyib ki, o onların kitabı oxumalarını, kitab barədə və həyatda nəyə nail olmaq istədiklərini düşünmələrini istəyib.
“Doktor Seuss dünya boyu bir neçə nəsl uşaqların həyatına böyük sevinc və gülüş gətirib. Doktor Seuss uşaqlara oxumaq, arzulamaq və qayğıkeş olmağa həvəsləndirib,” deyə o bildirib.
Melaniya Tramp Vaşinqtonda əri ilə bərabər olmaq əvəzinə uşağı məktəbi bitirənədək müvəqqəti Nyu-Yorkda qalmağa qərar verib.