No media source currently available
Çay daşları ilə döşənən Şəki küçələrində turistlərin ən çox üz tutduqları yer Şəki Xan Sarayıdır. 18-ci əsrdə fars stilində inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.