Accessibility links

Məmməd Ənsari: İranda hakimiyyət musiqi ilə maraqlanmır [Audio & Video]


Məmməd Ənsari
Məmməd Ənsari

Təbrizli bəstəkar Amerikanın Səsi ilə söhbətdə güneydə musiqi sənətinin inkişafını dəyərləndirib

Bəstəkar Məmməd Ənsari güneydə musiqi sənətinin inkişafının qənaqətbəxş olmadığını ancaq yüksək səviyyəli əsərlərin yaradılması istiqamətində şəxsi təşəbbüslər və cəhdlərin göründüyünü ifadə edir. Goldsmiths - London Universitetində bəstəkarlıq üzrə doktorluq dərəcəsi üzərində çalışan Təbrizli sənətçi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında son vaxtlarda keçirilən tədbirlər və konsertlər, eləcə də yayılan əsərlərin keyfiyyətini dəyərləndirib.

Bəstəkar Məmməd Ənsari güneydə musiqinin durumundan danışır
please wait

No media source currently available

0:00 0:19:04 0:00

Məmməd Ənsari güneydə peşəkar musiqi sənəti ilə bağlı durumun yaxşı olmadığını vurğulayır:

Bir də musiqiəyə tam ticarət kimi baxan insanlar var Təbrizdə, bunlar gedir konsert üçün Tehrandan müğənnilər gətirirlər Təbrizə. O müğənnilər də baxırsınız, televiziya proqramlarında, seriallarda oxuyub biraz məşhur olublar xalq arasında. Açığını desək, musiqi dəllalları gəlib bunları təbliğ edirlər.
Məmməd Ənsari

“Professional olmağımız üçün çox zaman lazimdir. Professional ola bilməməyin nədənləri də aydındır. Hakimiyyət musiqi ilə maraqlanmır, nizamlı bir fəaliyyət yoxdur...”

İrandakı şərait və təhsil sistemindən asılı olaraq toplumda musiqi zövqünün aşağı səviyyədə olduğunu ifadə edən bəstəkar keyfiyyətli işlərin ancaq şəxsi təşəbbüslərlə həyata keçirildiyinə diqqət çəkir.

“Musiqiçilərin şəxsi təşəbbüsləri vardır, zaman ayırır, zəhmət çəkir, işləyir və qrup yaradırlar. Uğurlu konsertlər görürük,” deyə o söyləyir.

Ancaq o, eyni zamanda yüksək keyfiyyətli fəaliyyətlərdə ardıcıllığın olmadığını və fəaliyyətlərin bəzən arada kəsildiyini önə çəkir

Ənsarinin bildirdiyinə görə, xüsusilə Təbriz şəhərində hakimiyyətin sənətçilər və musiqi fəaliyyətləri üzərində basqısı da çalışmaların dayanması ya aşağı səviyyəyə düşməsinə səbəb ola bilir.

Musiqiçilərin şəxsi təşəbbüsləri vardır, zaman ayırır, zəhmət çəkir, işləyir və qrup yaradırlar. Uğurlu konsertlər görürük.
Məmməd Ənsari

“Bir də musiqiyə tam ticarət kimi baxan insanlar var. Bunlar gedir konsert üçün Tehrandan müğənnilər gətirirlər Təbrizə. O müğənnilər də baxırsınız, televiziya proqramlarında, seriallarda oxuyub bir az məşhur olublar xalq arasında. Açığını desək, musiqi dəllalları gəlib bunları təbliğ edirlər. Əhalinin də musiqi konsertləri üçün ayırdığı pul məhduddur..,” deyə 21 Azər Simfonik Poemasının müəllifi dilə gətirir.

Güneydə son vaxtlarda gündəmdə olan bəzi sənətçilər, yayılan əsərlər və verilən konsertlər haqqında öz düşüncələrini Amerikanın Səsi ilə paylaşan Məmməd Ənsari xüsusilə Laçın Qrupunun musiqili səhnələri, rock musiqisi janrında bəzi fəaliyyətləri və Nəvid Müsmirin əsərlərinə yüksək qiymət verir.

Güneyli bəstəkar həmçinin hakimiyyət qüvvələri tərəfindən dəfələrlər basqı, həbs və təqibə məruz qalmış tanınmış güneyli musiqiçi və musiqi müəllimi Həsən Dəmirçinin durumu haqqında danışır.

XS
SM
MD
LG