Accessibility links

Azərbaycan İranda həbsdə olan şairlərin məsələsini qaldırıb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın Islam Şurası Məclisinin sədri Əli Laricani
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın Islam Şurası Məclisinin sədri Əli Laricani

“Şairlərin həbsi məsələsi dövlətimiz və xalqımız üçün böyük narahatçılıq doğurub, məsələnin tezliklə öz həllini tapacağına ümidvaram”, -deyə nazir Məmmədyarov bildirib.

Avqustun 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın Islam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Cənab Laricani İranın əməkdaşlıqda maraqlı olduğunu söyləyib, Azərbaycanın ərazi bütovlüyünü və müstəqilliyini dəstəklədiyini bildirib.

Nazir Məmmədyarov İran Parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinə dair son durum haqqında məlumat verib və münaqişənin həlli üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayıb. “Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyə Məmmədyarov vurğulayıb.

Cənab Məmmədyarov iki Azərbaycan vətəndaşı olan Şəhriyar Hacızadə və Fərid Hüseynovun həbs məsələsini qaldırıb. Nazir “Azərbaycan şairlərinin həbsi məsələsi dövlətimiz və xalqımız üçün böyük narahatçılıq doğurub, məsələnin tezliklə öz həllini tapacağına ümidvaram”.

Azərbaycan xarici işlər naziri bu gün həmçinin İranın Neft Naziri Rüstəm Qasəmi ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG