Accessibility links

Bu gün Amerikada Xatirə günü qeyd edilir


Bu gün Amerikada Xatirə günü qeyd edilir.

Məktəblər və bir sıra idarələr bağlıdır. Bu həftə 3 günlük istirahətlə rəsmi tətil mövsümü başlayıb.

Xatirə günü may ayının son bazar ertəsi günü qeyd edilir. Konqres Xatirə gününü rəsmi bayram kimi 1971-ci ildə elan edib.

ABŞ prezidenti Donald Tramp Yaponiyada səfərdə olduğu üçün Xatirə günü münasibətilə hərbi münaqişələrdə həlak olmuş çox sayda hərbçinin dəfn olunduğu Arlinqton Milli Qəbiristanlığında təşkil edilmiş mərasimə qatılmayıb.

Vitse-prezident Mayk Pens bu gün Naməlum Əsgər məzarə üzərinə əklil qoyub.

Amerikanın böyük şəhərlərində paradlar təşkil edilir.

Təxminlərə görə, münaqişələr səbəbi ilə 1.1 milyon amerikalı həyatını itirib. Onların yarım milyonu 19-cu əsrin vətəndaş müharibəsində həlak olub.

İkinci Dünya Müharibəsində Amerika ikinci ən böyük itkisini verib. O zaman 400 mindən artıq amerikalı həlak olmuşdu.

Xatirə gününün təməli 1865-ci ildə vətəndaş müharibəsinin başa çatması ilə qoyulub.

O zaman 250 əsgər Cənubi Karolina ştatının Çarleston şəhərindəki kütləvi məzarlıqdan çıxarılaraq, dəfn edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG