Accessibility links

Sosial distansiya zehni sağlamlığa necə təsir edir


Sosial məsafə və təcrid asan iş deyil. Bunu Nyu-York qubernatoru bu yaxınlarda keçirdiyi gündəlik brifinq zamanı deyib.

“Şəxsi travmalar və təcrid ağrısının mahiyyətini azalmaq mümkün deyil. Bu, həqəqətdir. Bağlı qalmaq, rahatlıqdan uzaqlıq, birini qucaqlamaqdan qorxmaq insana məxsus bir şey deyil. Bu, qeyri-təbiilik və ayrılıq deməkdir”- deyə, Endrü Kuomo bildirib.

Ekspertlər hər zaman tənhalıq və təcridin nigaranlıq, depressiya və demensiyaya yol açdığını deyir.

Zəif immun sistemi piylənmə, yüksək qan təzyiqi və ürək xəstəliklərinə səbəb olur. Hətta həyatların qısalmasına da gətirib çıxarır.

Dostu olmayan, məktəblərdə təzyiqlərə məruz qalan uşaqlarda depressiya və inkişaf geriliyi müşahidə edilir.

COVID-19-un yayıldığı bir vaxt hansı həkimə müraciət edilməsinə dair sənədləşdirmə belə yoxdur.

“Sosial dəstək fiziki və zehni sağlamlıq üçün ən dəyərli şeydir”- deyə, San Antonio Uşaq Xəstəxanasının psixologiya şöbəsinin müadiri Yelena Mikalsen bildirib.

O əlavə edib ki, hazırda hər yerdə vəziyyət eynidir. Bunun üçün dostlar, məktəblər və bizneslərin müdafiəsinə yardım edəcək strategiyalar qəbul edilməlidir.

Mikalsen bu müddət ərzində insanlarla təmas saxlamağı, evlərdə hər kəsin görəcəyi gündəlik işlərlə bağlı cədvəllər hazırlanmasını məsləhət görür. Xəstələnmə qorxusu təşvişi artıra bilər.

Təcrid qərarı verməyin əsas faktoru şəxsiyyətin özüdür.

“Ünsiyyəti sevənlər ətraflarında insanlara ciddi ehtiyac duyur. Belə insanlar üçün sakit yer nigaranlıq mənbəyidir”, Mikalsen deyib.

“Bunun əksi olaraq, özünə qapanan insanlara heç nə olmayan kiçik bir otaq belə kifayət edir. Bu insanları Nyu-York mənzillərində bağlasanız, onların 2 ay heç kimə ehityacları olmaz.”

Kuomo qızı ilə
Kuomo qızı ilə

Bu arada Kuomo müxbirlərlə danışarkən deyib ki, diqqətini indi 25 yaşlı qızı Kara ilə bu böhran vəziyyətində çalışmaq kimi pozitiv hallara yönəldib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG