Accessibility links

Məşhurlar: Meraya Keri və Niki Minaj rinqə çıxıb


SOT: "’Mariah I think you and Nicky need to do a song together to clear this tension!’ ‘What tension’"

Deyəsən Meraya Keri bu sözləri dediyi vaxtdan bəri vəziyyət dəyişib. Amerikalı müğənni Niki Minaj Meraya Kerini onun ünvanına pis sözlər işlətdəyinə görə təhqir edib və hədələyib.

Şounu hazırlayanlar Şimali Karolinadnın Şarlott şəhərində bu iki müğənni arasında böyük qalmaqaldan bir gün sonra çəkilişləri ləğv edib. Şahidlər qalmaqala “Hero” mahnısının ifaçısının başladığına israr edir.

Bir mənbənin Mouthtoears.com veb səhifəsinə bildirdiyinə görə, Meraya Keri Niki haqda pis ifadələr işlətdikdən sonra o, çəkiliş meydançasını tərk edib. Nikinin meneceri və komandası daha sonra onu səhnəyə qayıtmağa inandırıb. Lakin sonra Meraya bir az da qızışaraq, Nikini daha da pis təhqir etməyə başlayıb. Bundan sonra prodüser çəkilişi dayandrmalı olub.

Nikinin həmkarının özündən həddindən artıq razı olmasından cana gəldiyi deyilirdi. Onların həmkarları Keyt Arban və Rendi Cekson isə qalmaqalın ortasında qalıb.

TMZ-yə istinadən Niki Meraya Kerini onu döyəcəyi ilə hədələyib.
XS
SM
MD
LG